Mayın 21-də Xankəndi şəhərinə leysan, Xocalının Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.
Bu barədə Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Günorta saatlarında başlayan yağıntı qısa müddətdə intensivləşib, lakin ciddi fəsad qeydə alınmayıb.
Elektrik, qaz və su təchizatı normal iş rejimindədir. Yaşayış məntəqələrində infrastruktura və təsərrüfatlara ziyan dəyməyib.












