Xaricdən məhsul sifariş edənlər üçün gömrük qaydaları dəyişib. "Smart Customs" sisteminə giriş artıq yalnız "ASAN İmza" və "SİMA" vasitəsilə mümkün olacaq.
İqtisadçı ekspert Kənan Quluzadə bildirib ki, yeni sistem FİN kod və parol ilə girişi ləğv edir. Bu, istifadəçilər üçün müəyyən çətinliklər yarada bilər.
Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov qeyd edib ki, əvvəllər başqa şəxslərin profillərindən istifadə etmək mümkün idi, lakin indi bu qadağandır.
Yeni qaydalar, xüsusilə yaşlı nəsil üçün adaptasiya tələb edir. Zamanla istifadəçilərin uyğunlaşacağı gözlənilir.












