Bond.az White LogoBond.az Black Logo

Xırdalanda universitet yolunda acınacaqlı vəziyyət

Xırdalanda Bakı Mühəndislik Universitetinə aparan yolun bərbad vəziyyəti sakinləri narazı salıb. Yol təmiri və qrunt suları ilə bağlı son məlumat.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Xırdalan şəhərində Bakı Mühəndislik Universitetinə gedən yol sakinlərin narazılığına səbəb olub. Yol uzun müddətdir bərbad vəziyyətdədir, yağışlı havalarda keçilməz hala düşür, üstəlik kəskin üfunət iyi yayılır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, akademik Həsən Əliyev küçəsində bu ilin əvvəlində cari təmir işləri aparılıb. Lakin intensiv yağışlardan sonra qrunt suları fəallaşıb və yol qatının yuyulması baş verib.

Nümayəndəlikdən bildirilib ki, bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə qrunt sularının səthinin dəyişdirilməsi istiqamətində işlər başlayacaq.

Eyni zamanda, Prezidentin sərəncamı ilə Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Layihə çərçivəsində yolun əsaslı təmiri məqsədəmüvafiq hesab olunmur, çünki 2026-2027-ci illərdə yeni yol istifadəyə veriləcək.

Buna baxmayaraq, keçən həftə nümayəndəlik tərəfindən küçədə yenidən cari təmir işləri aparılıb, karbonat materialı tökülüb. Asfalt sifariş verilib və yol örtüyü quruduqdan sonra işlər başlayacaq.

Digər Xəbərlər
Bu gün / 18:31
|
234

Bakıda küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda Əhməd Rəcəbli küçəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq. 23-25 iyun tarixlərində qismən bağlama olacaq.

0
Bu gün / 18:00
|
641

İmtahansız ali məktəbə qəbul: kimlər yararlana bilər?

Azərbaycanda olimpiada qalibləri imtahansız ali məktəbə qəbul ola bilər. DİM sədri Məleykə Abbaszadə bu imtiyazın qaydalarını açıqlayıb.

0
Bu gün / 17:30
|
324

DİM sədri: Məktəb qiymətləri imtahanla uyğun gəlmir

DİM sədri Məleykə Abbaszadə məktəb qiymətləri ilə imtahan nəticələrinin uyğunsuzluğundan danışıb. Mərkəzləşdirilmiş qiymətləndirmə standartları və müqayisəli cədvəllər barədə məlumat.

0
Bu gün / 17:01
|
472

Məleykə Abbaszadə: Buraxılış imtahan nəticələri ötən illə eynidir

DİM sədri Məleykə Abbaszadə müsahibəsində buraxılış imtahan nəticələrinin ötən illə eyni olduğunu, plan yerlərinin dəyişməyəcəyini bildirib.

0
Bu gün / 17:00
|
698

Şamaxı sakinləri çətin vəziyyətdə

Şamaxıda Səttar Bəhlulzadə küçəsində yol problemi sakinləri narahat edir. Sel suları infrastrukturu sıradan çıxarıb.

0
Bu gün / 15:30
|
557

Xırdalanda qaz kəsiləcək: küçələr açıqlandı

Xırdalanda qaz kəsiləcək: küçələr açıqlandı. 24 iyun 2026-cı il tarixində qaz təchizatında fasilə olacaq.

0
Bu gün / 15:01
|
800

Saxta arayış verən klinikanın lisenziyası ləğv edildi

General Hospital klinikasının saxta sağlamlıq arayışı verməsi səbəbindən lisenziyası ləğv edildi. Rəsmi məlumat.

0
Bu gün / 15:01
|
692

Yeni maliyyə modeli: dövlət özəl bağçalara necə ödəyəcək?

Prezident İlham Əliyevin fərmanı ilə məktəbəqədər təhsildə yeni maliyyə modeli tətbiq edilir. Dövlət, valideyn və özəl sektor birgə ödəniş edəcək. Ekspert şərhləri.

0
Bu gün / 14:31
|
556

PA-da iyul qəbul cədvəli açıqlandı

PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli. Rəsmilərin qəbul günləri və ünvanı.

0
Bu gün / 14:02
|
344

Yeni Günəşlidə park qalmaqalı? Sakinlər narazı

Yeni Günəşlidə Ana-bala parkında aparılan işlər sakinlərin narazılığına səbəb olub. Parkın taleyi ilə bağlı rəsmi açıqlama verilib.

0
Bu gün / 13:31
|
252

Kimlərə 6 aydan tez məzuniyyət verilir?

Yeni işə başlayan işçilərdən hansı kateqoriyalar altı ay işləmədən məzuniyyət hüququ əldə edir? Qanuna əsasən siyahı və şərtlər.

0
Bu gün / 13:01
|
873

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı tədbiri keçirilib. Tədbirdə çıxışlar, statistika və təbriklər.

0
...
Xırdalanda universitet yolunda acınacaqlı vəziyyət | Bond.az