Xocavəndə qayıdan sakinlər yeni həyata başlayır.
Baku TV-yə danışan sakinlər yaradılan şəraitdən razı olduqlarını deyiblər. "Hər iki qızıma mənzil verilib, bütün lazımi şərait təmin olunub", - deyə biri qeyd edib.
Digər sakin üç aydır Xocavənddə yaşadığını bildirib: "Şəraitimiz çox yaxşıdır. Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və torpaqlarımıza qayıtmaqla qürur duyuram".












