Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
"Azərişıq" ASC-nin məlumatına görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində Transformator Məntəqəsində təmir-təftiş işləri aparılacaq.
Buna görə saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy Qutqaşınlı küçələrinin bir hissəsində elektrik kəsiləcək.
Nizami RETSİ ərazisində də eyni səbəbdən saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Əli Vəliyev küçələri və Qara Qarayev prospektinin bəzi hissələrində işıq olmayacaq.
Təmir işləri bitdikdən sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.












