Bakının Yasamal rayonunda, Kamil Rəhimov küçəsində avtomobillər üçün təhlükəli bir vəziyyət var. Çoxmərtəbəli binanın qarşısındakı yolun sonunda piyadalar üçün pilləkən yerləşir.
Yerli sakinlərin sözlərinə görə, bəzi sürücülər pilləkəni vaxtında görmür və qəzaya uğrayır. Hadisə şahidləri tez-tez avtomobillərə kömək edir.
Yasamal Rayon İcra Hakimiyyəti qəzaların qarşısını almaq üçün əraziyə dirəklər quraşdıracağını bildirib.












