Lökbatan qəsəbəsinin 6-cı massiv sakinləri 10 gündür su olmadığını bildirir.
Onlar deyir ki, əraziyə daimi su verilmir, yalnız gecə qısa müddətə gəlir.
Bu problem yay aylarında təkrarlanır və son 3-4 ildir davam edir. Sakinlər məcburən suyu maşınla sifariş edir, bu da 50-60 manata başa gəlir.












