Gəncə şəhəri, Aşıq Ələsgər küçəsi sakinləri uzun müddətdir yollarının baxımsız qalmasından şikayət edirlər. Onlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlər bildirirlər ki, son yağışlar hərəkəti daha da çətinləşdirib. Küçə əvvəllər asfalt olub, lakin kanalizasiya xətti çəkilişindən sonra yol dağıdılıb.
Bir sakin deyir: "Bu yolda yıxılıb xəsarət almışam. Təcili yardım və taksi belə çətinlik çəkir. Yeddi ildir bu vəziyyət davam edir."
77 yaşlı digər sakin isə: "Bu yolda yıxılmışam. Niyə bu vəziyyətə son qoyulmur?!" deyə narazılığını bildirib.











