Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki "Ana-bala" parkında aparılan işlər sakinləri narahat edir. Baku TV-nin məlumatına görə, uzun müddətdir hasarlanmış ərazidə park salınacağı vəd edilsə də, sakinlər burada çoxmərtəbəli bina tikildiyini iddia edir.
Bir sakin: "Yalandan şəkil vurublar ki, park olacaq. Bütün sakinlər bezib, evin içində iş gedir" deyə bildirib.
Suraxanı Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, ərazidə təmir-bərpa işləri aparılır və park yaxın vaxtlarda istifadəyə veriləcək. Bina tikintisi nəzərdə tutulan hissə xüsusi mülkiyyətdədir və icazə əsasında aparılır. Bu hissənin parka aidiyyəti yoxdur.












