Yol hərəkəti qanununa dəyişiklik təklif olunur. Bu, məlumatverici-göstərici nişanlara aiddir.
Milli Məclisin komitə iclasında müzakirə edilən layihəyə görə, göy fon həm avtomagistral, həm də bütün avtomobil yollarını ifadə edəcək.
Hazırda yaşıl fon avtomagistral, göy fon digər yollar deməkdir. Yeni tənzimləmə ilə göy fon universal olacaq.












