Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məlumatın 48 saatdan gec olmayaraq baxılması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu təklif Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq hallar olmadıqda, məlumat daxil olduğu andan 48 saat ərzində sadələşdirilmiş icraat açılacaq. Hazırda bu müddət 24 saatdır.












