Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy 93 yaşında vəfat edib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Ötən gün Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1932-ci il dekabrın 26-da Quba şəhərində anadan olub.
Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.












