Bakı Apellyasiya Məhkəməsində Zamin Zəkiyə aid hökm apellyasiya qaydasında araşdırılıb. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara əsasən, Zamin Zəkiyə təyin olunan cəza müddəti 3 ay azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Zamin Zəkini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Z.Zəki 50 min manatdan artıq vəsaiti qanunsuz leqallaşdırmaqda təqsirləndirilir.
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işində başqa şəxslər də var. Onların arasında Məmməd Alpay, Bəşir Süleymanlı, Sübhan Həsənli, Hafiz Həsənov, Asəf Əhmədov və Əhməd Məmmədzadə də var.












