Zaqatala rayonunun Kəpənəkçi kəndində əkin sahəsinə elektrik cərəyanı verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.
Araşdırma nəticəsində məlum olub ki, video Azərbaycanda deyil, xarici ölkədə çəkilib.
Xatırladaq ki, görüntülərdə suya cərəyan verilməsi nəticəsində çox sayda heyvanın tələf olduğu iddia edilmişdi.












