Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Yuxarı Tala kəndi ərazisində baş verib. KIA və "VAZ-2106" markalı avtomobillər toqquşub.
Qəzada dörd nəfər yaralanıb. Yaralılardan biri Bakıdan, digər üçü isə Zaqatala rayonundandır.
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.











