Alisiya möcüzələr diyarında adlı proyektə görə 128 min manat dələduzluq edən Seymur Seyaginin işi məhkəmədə davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda tərəflərin barışdığı məlum olub. Zərərçəkmiş Etimad Mehdiyev ziyanın ödənildiyini və şikayətinin olmadığını bildirib.
Məhkəmə istintaqı yekunlaşıb, dövlət ittihamçısı vaxt istəyib. Növbəti iclas iyunun 12-nə təyin edilib.
Seymur Seyagi özünü təqsirli bilir və peşman olduğunu deyir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur.












