Dövlət Sərhəd Xidməti (DSX) altı nigeriyalının Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıldığını açıqlayıb.
Hadisə Zaqatala sərhəd dəstəsinin məsuliyyət zonasında baş verib. Saxlanılan şəxslər Nigeriya vətəndaşlarıdır: İquare Oliver Osagi (1980), Oqunqburə Adesoji Ostin (1986), Akinniyi Olamilekan Sanndey (1992), Adeli Moşud Adəkunle (1994), Kinq Tamarasinla Qloriya (1997) və Ajala Oluvafemi Moses (1998).
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.












