Ağdam rayonunda 21 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham olunub.
Hadisə ötən il iyul ayında baş verib. Səyyad adlı şəxs 16 yaşına çatmayan Ləmanla əlaqəyə girib.
İş üzrə təqsirləndirilən Səyyad izah edib ki, Ləman onu öz evinə çağırıb. O, qeyri-təbii yolla əlaqədə olduğunu etiraf edib.
Ləman isə bildirib ki, Səyyad onu şantaj edərək münasibətə məcbur edib.
Məhkəmənin qərarı ilə Səyyad 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.












