Bond.az White LogoBond.az Black Logo

Bakıda kafedə gecəyarısı dava: quldurluq ittihamı düşdü

Bakıda gecə kafedə baş verən dava və quldurluq ittihamı: məhkəmə işi təfərrüatları, şahid ifadələri və məhkəmənin qərarı.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Bakının Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Əkbər kafedə Xalidə qarşı quldurluq etməkdə ittiham olunub. Hadisə ötən il yanvarın 14-də baş verib.

İttihama görə, Tovuz rayon sakini Əkbər gecə saat 03 radələrində kafedə olarkən, sərxoş vəziyyətdə yaxın masada əyləşmiş Xalidin onlarla olan xanıma baxıb söz atması və söyüş söyməsi səbəbindən onu kənara çəkib. Mübahisə zamanı Əkbər Xalidə yumruq və təpik zərbələri vuraraq 500 manatını götürüb qaçıb.

Zərərçəkmiş şikayətində bildirib ki, Əkbər tək deyil, bir qrup şəxslə hücum edib. Buna görə istintaq onu Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan qrup tərəfindən quldurluq) ilə ittiham edib.

Əkbər özünü təqsirli bilməyib. O deyib: “Yanımda qadın vardı. Xalid xanıma söz atdı, söyüş söydü. Mən fikir vermədim, yerimi dəyişdim. Sonra soruşdum niyə söyür, dedi hamıya söyürəm. Kafedən arxaya çıxıb mübahisə etdik, dava oldu. Kameraya baxılmasını təklif etdim, amma baxılmadı”. O, pul oğurluğunu da inkar edib.

Xalid isə deyib: “Dostum Səlimlə kafeyə getmişdik. Mahnı sifarişinə görə anlaşılmazlıq oldu. Əkbər məni çölə çağırdı, içəridə söhbət edərkən kimsə arxadan vurdu. Yıxıldım, 6-7 nəfər məni döydü. Əkbər də aralarında idi. Sonra o, özünü Anar kimi təqdim etdi”. Pul barədə: “Cibimdə 526 manat var idi. Hadisədən sonra pullar yoxa çıxdı. İçkili olduğum üçün təfərrüatı xatırlamıram”.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işdə quldurluq sübuta yetirilmədiyi üçün ittiham Cinayət Məcəlləsinin 128-ci maddəsinə (qəsdən yüngül zərər vurma) tövsif edilib. Məhkəmə Əkbəri təqsirli bilərək amnistiya aktı ilə cəzadan azad edib.

Digər Xəbərlər
Bu gün / 14:02
|
222

DTX casusuna 15 il 6 ay həbs

Naxçıvanda saxlanılan casus Siyafət Fərzəliyevə 15 il 6 ay həbs cəzası verildi. DTX əməliyyatı ilə ifşa olunan casus dövlətə xəyanətdə ittiham edilib.

0
Bu gün / 13:31
|
958

Borclu və zamin Bank Respublikanı məhkəməyə verdi

Bank Respublika ASC borclu və zamin tərəfindən məhkəməyə verilib. 45 min manatlıq avtomobilin qanunsuz satıldığı iddia edilir.

0
Bu gün / 10:02
|
593

İşdən çıxarılan polkovnikə cinayət işi açıldı

Polkovnik Oktay Babayev dələduzluqda ittiham edilir, 30 min manat rüşvət iddiası ilə cinayət işi açılıb.

0
Bu gün / 10:00
|
884

Bakıda sevgilisini döyən kişiyə 6 ay həbs

Bakıda sevgilisini döyən kişi 6 ay həbs cəzası aldı. Nizami Rayon Məhkəməsinin hökmü ilə Vəli Babayev azadlıqdan məhrum edildi.

0
Bu gün / 08:32
|
295

22 kq marixuana kahı içində gizlədilib

Astara Gömrük İdarəsi 22 kq marixuananı kahı yükü içində aşkar etdi. Narkotik İrandan Rusiyaya daşınırdı.

0
Dünən / 15:30
|
981

Şəhid xanımı Bakıda qətlə yetirildi

Bakıda şəhid xanımı qətlə yetirildi: Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürdü. Polis şübhəlini saxladı.

0
Dünən / 15:01
|
591

Kiberpolisdən əməliyyat: 4 onlayn kazino admini saxlanıldı

Kiberpolisin əməliyyatı nəticəsində qanunsuz onlayn kazino şəbəkəsinin adminləri saxlanıldı. 4 nəfər tutuldu, 200-dən artıq bank kartı ələ keçirildi.

0
Dünən / 15:00
|
910

Yevlax sakini Bakıda qətlə yetirildi

Bakının Binəqədi rayonunda Yevlax sakini qətlə yetirilib, şübhəli qaynı tutulub.

0
Dünən / 14:01
|
867

Təmir işləri apardığı evdən oğurluq edən usta saxlanılıb

Binəqədidə evdən 6000 dollar oğurlayan usta polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

0
Dünən / 11:33
|
601

Joy Tour sahibi məhkəmədə həbs olundu

Joy Tour və Joy Travel şirkətlərinin təsisçisi Rəşad İlyasov məhkəmə zalında həbs olundu. 40 nəfərin 360 min manatını mənimsəməkdə təqsirləndirilir.

0
Dünən / 11:31
|
340

Sabiq rəis müavini Zülfüqar Mansurov həbsdən buraxıldı

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan Zülfüqar Mansurov azadlığa buraxılıb.

0
Dünən / 06:05
|
613

Arvadını xüsusi amansızlıqla öldürənə 18 il həbs

Şəkidə arvadını xüsusi amansızlıqla öldürən Həsrət Əliyev 18 il həbs cəzası aldı. Məhkəmə prosesinin təfərrüatları.

0
...
Bakıda kafedə gecəyarısı dava: quldurluq ittihamı düşdü | Bond.az