Bakıda vətəndaşlardan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Anar Nəhmətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev 9 il 6 ay həbs cəzası təklif edib.
Müşavirədən sonra hökm elan edilib: Nəhmətov 6 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 234.1-1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi), 177.2.1 və 177.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinib.












