Bakının Yasamal rayonunda ailə mübahisəsi qanlı hadisə ilə nəticələnib.
62 yaşlı kişi həyat yoldaşı tərəfindən baltalanaraq ağır xəsarət alıb.
Hadisə Yeni Yasamal qəsəbəsində qeydə alınıb. Mübahisə zamanı qadın ərinə balta ilə hücum edib.
Zərbələr nəticəsində kişinin üzü, qolları və kürəyi yaralanıb. Oğlu müdaxilə edərək baltanı alıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Polis araşdırma aparır.












