Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verildiyini elan edib.
Məhkəmənin ilk baxış iclası iyulun 8-nə təyin edilib.
Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib. İlkin araşdırmalarla 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq öldürməsinə şübhələr var.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.












