Bakının Nərimanov rayonunda restoranın paltar dolabından 5 min ABŞ dolları oğurlanıb.
DİN-in məlumatına görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən pulun oğurlandığını bildirib.
Polis əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanovu saxlayıblar.
Məlum olub ki, o, restoranın paltar dolabından gödəkcənin cibindəki pulu götürüb.
Faktla bağlı araşdırma aparılır.












