Baş Prokurorluğun İstintaq İdarəsi Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib. Səbəb milyonlarla dəyərində qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdidir.
Qaçaqmalçılar hava nəqliyyatı ilə ölkəyə qızıl-zinət əşyaları keçirmək istəyiblər. Onlara idarənin növbə rəisinin müavini İsmayıl Əliyev kömək edib.
Cinayət işi Baş Prokurorluğun nəzarətinə götürülüb. İsmayıl Əliyev Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə ittiham olunaraq həbs edilib.
İdarənin digər əməkdaşları da sorğu-sual olunub, bəziləri istintaqa cəlb edilib. Hazırda geniş istintaq davam edir.
Gömrük rəisi general-mayor Anar Cahangirov isə hadisə ilə bağlı açıqlama verməyib.












