"İdrak" liseyində müəllimin güllələnməsi işi ilə bağlı silahın sahibi cinayət məsuliyyətinə cəlb edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun nümayəndəsi Orxan Rzayev canlı yayımda açıqlama verib.
Rzayev bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Silah sahibi ilə bağlı cinayət təqibi aparılır, nəticəsi cəmiyyətə çatdırılacaq.












