Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirilməsinin qarşısını alıb.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram marixuana aşkar edilib.
Narkotik vasitə pilotsuz uçuş aparatı (PUA) ilə İrandan Azərbaycana keçirilmək istənilib. Fakt üzrə istintaq tədbirləri davam edir.












