Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə prosesdə anket məlumatları dəqiqləşdirilib.
Vəkillər məhkəməyə vəsatət verərək işə xitam, həbsin ev dustaqlığı ilə əvəz edilməsini və müdafiəçilərin yanında əyləşməyi xahiş ediblər.
Məhkəmə qərarı ilə iş baxışa verilib və iclas iyulun 2-nə təyin edilib. Vəsatətlər təmin olunmayıb.
İttihama görə, keçmiş vəkil vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat mənimsəyib. O, işdən çıxarılan şəxsi bərpa edəcəyinə inandıraraq pul alıb, lakin vədini yerinə yetirməyib.
Namizəd Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur.












