Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının internetdə geniş yayılması müşahidə olunur. Bu platformalar sosial şəbəkələrdə "asan qazanc" vədləri ilə insanları cəlb edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməliyyat keçirib. Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb.
Onlar ölkə xaricindəki kazino saytlarının Azərbaycan seqmentini idarə ediblər. 200-dən artıq bank kartı və texniki vasitələr müsadirə olunub.
İki şəxs həbs edilib, digərləri barəsində istintaq davam edir. DİN vətəndaşları qanunsuz qumardan çəkinməyə çağırır.











