Şamaxıda məktəb direktoruna hücum edən şəxs məhkəmə qarşısına çıxdı.
Hadisə Sabir qəsəbəsindəki A.Alxanov adına orta məktəbdə baş verib. 1982-ci il təvəllüdlü Elxan Ağayev həyat yoldaşı ilə məktəbə daxil olaraq direktor Gülnurə Babaşovaya hücum edib, kabinetini dağıdıb və marker qabını onun üzərinə atıb. Nəticədə direktorun başına xəsarət yetirilib.
Məlumata görə, Elxan həyat yoldaşının məktəbdə texniki işçi kimi işə götürülməsi üçün müraciət edib, lakin direktor imtina edib. Bundan qəzəblənən Elxan məktəbə hücum edib.
Polis Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə iş qaldırıb. Məhkəmə Elxanın ilk dəfə cinayət törətməsini və azyaşlı övladlarını nəzərə alaraq ona şərti cəza kəsib.












