Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
Hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.
Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Ramazanov tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hər iki ayağından bıçaqlanan Ramazanov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.












