Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslər barəsində hökm oxunub.
Məhkəmənin qərarı ilə Rəşad Knyazov 9 il, qardaşı Urfan Knyazov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalara görə, onlar əmisi oğlu Ayxan Knyazovla birlikdə Elşad Bəyovu Xaçmazın Ukuroba kəndindən qaçıraraq Bakıya gətiriblər.
Elşad Bəyov Ayxanın tanışı olan qadından hədə-qorxu ilə pul alıb. Bundan sonra Ayxanın istəyi ilə qardaşlar Bakıdan Xaçmaza gediblər. Onlar evə daxil olanda Elşadın döyüldüyünü görüblər. Daha sonra onun əl-ayağını bağlayıb, ağzına əski tıxayaraq 'Toyota Prius' markalı avtomobilin baqajına qoyublar.
Elşad bir gün Hövsan qəsəbəsində girov saxlandıqdan sonra qaçmağı bacarıb. Qeyd edək ki, cinayətdə iştirak edənlər və Elşad Bəyov dini qruplaşmanın üzvü olublar. Ayxan Knyazov isə axtarışa verilib.












