Lənkəranda otel işçilərinə qarşı quldurluq hadisəsi baş verib. DİN-in məlumatına görə, naməlum şəxs oteldə çalışan iki qadına kəsici alətlə xəsarət yetirərək qızıl-zinət əşyalarını oğurlayıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində şübhəli şəxs müəyyən edilib. Otelin inzibatçısı, 49 yaşlı Xalıq Cahangirov saxlanılıb.
Məlum olub ki, o, tanınmamaq üçün maska və geyimdən istifadə edib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs edilib.












