Biləsuvarda paraplan uçuş aparatı ilə ölkəyə 47 kiloqram narkotik gətirən iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı 47 kq marixuana və tiryək, həmçinin 10 104 ədəd psixotrop həb aşkarlanıb.
Saxlanılanlar əvvəllər məhkum olunmuş Calal Qəhrəmanov (62 yaş) və Rəşid Məmmədəliyevdir (35 yaş). Onlar narkotikləri paytaxtda satmağı planlaşdırırmış.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi başlanıb.












