Qəbələdə boğaz əməliyyatı zamanı 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Rayon xəstəxanasının həkim-otorinolarinqoloqu Elçin Mahmudov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1 il 6 ay tibbi fəaliyyətdən məhrum olunub.
İyun 2023-də Məleykə Məmmədova tonzillektomiya əməliyyatı üçün xəstəxanaya müraciət edib. Əməliyyatdan üç gün sonra kəskin qanaxma səbəbindən dünyasını dəyişib.












