ABŞ-də 18 yaşlı gənc oğurlanmış qulaqlıqlarına görə sinif yoldaşını qətlə yetirdiyini etiraf edib.
Hadisə 24 may 2023-cü ildə "Oliver Citywide Academy" xüsusi təhsil müəssisəsinin qarşısında baş verib. O zaman cinayətkar cəmi 15 yaşında olub.
Yeniyetmə sinif yoldaşının dərsə tez gəldiyini bilərək, anasına məxsus silahla onu pusquya salıb. Bütün güllələri boşaldıqdan sonra yaralını təpikləməyə başlayıb. Ağır yaralanan məktəbli xəstəxanada ölüb.
Dindirmədə qətlin səbəbinin iki gün əvvəl qulaqlıqlarını götürməsi olduğunu deyən gənc, "Əgər birinə atəş açmısansa, başladığın işi bitirməlisən" cavabını verib.
Məhkəmənin qərarı iyulun 29-da açıqlanacaq. Onu 35 il və ya ömürlük həbs gözləyir.












