İyunun 11-də polis əməkdaşları tərəfindən aşkarlanan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunsuz dövriyyədən çıxarılan 4 ton 576 kq narkotik və 122 min 367 həb Sabunçu rayonunda məhv edilib.
Proses Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə həyata keçirilib.












