Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, azərbaycanlı Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.
61 yaşlı mer sinə nahiyəsindən yaralanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb. Polis axtarışlara başlayıb.
Məlumata görə, hücum merin kabinetində baş verib. Şübhəli yerli fermer olub.
Hilal İsayev 2015-ci ildən Batkivşina partiyasının üzvü, 2020-ci ildən isə Pyatixatki şəhərinin meridir.












