Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayonunda üç nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə prosesi başlayıb.
Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Bəhruz Paşayev və zərərçəkənlərin məlumatları dəqiqləşdirilib.
Prokuror təqsirləndirilənin həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsini təklif edib.
Zərərçəkənlərin vəkilləri isə işin yenidən istintaqa qaytarılmasını və əlavə təqsirləndirilən şəxslərin cəlb olunmasını tələb ediblər.
Övladını itirən vəkil Əli Qənbərov obyekt sahibi Vüqar Ağayevin də məsuliyyətə cəlb olunmasını istəyib.
Növbəti iclas iyunun 30-na təyin edilib.












