Bond.az White LogoBond.az Black Logo

Yasamalda klinika rəhbərinə məhkəmə başlayır

Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri Bəhruz Paşayevin məhkəməsi başlayır. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25 nəfər tüstüdən zəhərlənib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Noyabrın 23-də hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev şübhəli şəxs qismində saxlanılıb.

Noyabrın 24-də isə ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb olunub.

Digər Xəbərlər
2026-07-04 16:02
|
839

Fatimə Kərimovanı qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirən Ağcabədi sakini Emin Əliyev Türkiyədə saxlanılıb.

0
2026-07-03 17:01
|
492

42 milyon manatlıq dövlət portalı cinayəti: 11 nəfər məhkəmə qarşısında

Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət işi üzrə 11 nəfər məhkəmə qarşısına çıxıb. Saxta sənədlərlə pul leqallaşdırılması ittihamı.

0
2026-07-03 16:03
|
681

Monteneqrodan Azərbaycana ekstradisiya

İnterpol xətti ilə axtarışa verilən Azərbaycan vətəndaşı Hidayət Süleymanov Monteneqrodan ekstradisiya olunur.

0
2026-07-03 09:17
|
206

Gəncədə mağaza oğrusu saxlanıldı

Gəncədə mağazalardan oğurluq edən 22 yaşlı şəxs polis tərəfindən saxlanılıb. Tütün məmulatları və pul oğurluğu ilə bağlı araşdırmalar davam edir.

0
2026-07-03 09:15
|
716

Qardaş qisası: 14 il həbs

Amil Surxayev qardaşının qisasını almaq üçün cinayət törətdi, 14 il həbs cəzası aldı.

0
2026-07-03 09:09
|
594

Vüqar Əliyev həbs olundu

Vüqar Əliyev, Etibar Pirverdiyevlə bağlı Azenco şirkətinin rəhbəri, 3 milyon manat mənimsəmə ittihamı ilə həbs edilib.

0
2026-07-02 18:02
|
259

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar

Şərurda 75 yaşlı qadın çəkic və linglə qətlə yetirilib, meyiti quyuya atılıb. Qətldə şübhəli bilinən iki qadının apellyasiya şikayəti üzrə məhkəmə davam edir.

0
2026-07-02 15:03
|
699

Sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi Mehdi Əmrahov 600 min manat mənimsəmədə ittiham olunur. Cinayət işi məhkəməyə göndərilib.

0
2026-07-01 09:33
|
335

Müəllimi güllələyən şagirdə ittiham elan edildi

Bakıda "İdrak" liseyində müəllim Şəhla Kamilovanı güllələyən şagirdə ittiham elan edildi. Məhkəmə prosesinin təfərrüatları.

0
2026-07-01 09:31
|
572

Ceyhun Salmanov azadlığa buraxıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı məhkəmə tərəfindən şərti cəza alaraq azadlığa buraxılıb.

0
2026-06-30 14:02
|
419

"Beniz"in məhkəməsi yekunlaşır

"Beniz" ləqəbli bloqer Aybəniz Xəlilovanın məhkəmə istintaqı yekunlaşır. Növbəti iclas iyulun 7-nə təyin edilib.

0
2026-06-30 13:32
|
368

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü - Məhkəmə

Bakıda qısqanclıq cinayəti: Kamal Baxşıyev bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini öldürdü. Məhkəmə prosesi iyulun 1-nə təxirə salındı.

0
...
Yasamalda klinika rəhbərinə məhkəmə başlayır | Bond.az