Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Hadisə mayın 31-də 28 May qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Taleh Qurbanov evdə bacısının əri, Yevlax sakini, 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib.
Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.












