Hər həftəsonu avtomobil bazarında canlanma olsa da, son aylarda durğunluq hökm sürür. Satıcılar alıcıların elektrik avtomobillərə üstünlük verdiyini deyir.
Baku TV paytaxt bazarında araşdırma aparıb. Təklif çox, alıcı azdır. Bəzi satıcılar avtomobillərini həftələrdir sata bilmir. Xüsusilə iri mühərrikli benzinli avtomobillərə maraq azalıb.
Alıcılar 13-15 min manat arası kiçik və orta mühərrikli avtomobillər axtarır. Lakin seçim məhduddur. Tıxaclar və yanacaq xərcləri sürücüləri elektrik avtomobillərə yönəldir.
Bazar alıcılarının əksəri bölgələrdən gəlir. Durğunluq bu həftə də davam edir.












