Adi əl sıxaraq salamlaşma, gigiyena qaydalarına riayət edilmədikdə infeksiyalara səbəb ola bilər.
Rusiyalı həkim Vera Bondarçuk əllərin gün ərzində çoxlu mikrobla təmasda olduğunu bildirib.
İnsan əl sıxdıqdan sonra üzünə toxunarsa, virus və bakteriyalar asanlıqla keçə bilər.
Xüsusilə tualetdən sonra əl yumamaq bağırsaq infeksiyalarına yol açır.
Salmonellyoz, rotavirus kimi xəstəliklər çirklənmiş əllərlə yayılır.
Profilaktika üçün mütəmadi əl yumaq ən təsirli üsuldur.



