ABŞ-li pop-ulduz Ariana Qrande Donald Tramp administrasiyasını sərt tənqid edib. O, mahnısının antimiqrasiya siyasətində istifadəsinə qarşı çıxıb.
Oxu.Az xəbər verir ki, Ağ Ev "TikTok"-da miqrasiya siyasətini təbliğ edən video yayımlayıb. Videoda ICE əməkdaşları şəxsləri saxlayır və onlara qandal vurur. Fon musiqisi Qrandenin "Bye" mahnısı olub.
Müğənni sərt reaksiya verib: "Xahiş edirəm, mənim musiqimi bir daha bu vəhşi, qeyri-insani və iyrənc cəfəngiyat üçün istifadə etməyin".
Ağ Evin sözçüsü Ebiqeyl Cekson isə bildirib: "Əsl vəhşilik qeyri-qanuni miqrantların cinayət əməlləridir".
Mənbəyə görə, Qrandenin komandası mahnının videodan silinməsi yollarını araşdırır.












