Rusiyanın xalq artisti Aleksandr Buynovun mikroinsult keçirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sənətçinin prodüseri Sergey Pudovkin açıqlama verib.
Pudovkin bildirib ki, hər şey qaydasındadır və narahatlığa ehtiyac yoxdur. O, sağlam informasiya cəmiyyətində başqasının səhhətini müzakirə etməyin etik olmadığını vurğulayıb.
Prodüserin sözlərinə görə, Buynov iyunun 11-də nəvələri ilə konsert proqramında çıxış edəcək və televiziya layihəsində münsif kimi iştirak edəcək. Bu, onun səhhətinin yaxşı olduğunu göstərir.












