Amazon MGM Studios Ceyms Bond rolu üçün aktyor axtarışına start verdi.
Şirkətin açıqlamasında detalların hələlik paylaşılmayacağı, lakin vaxtı çatanda 007 pərəstişkarlarına məlumat veriləcəyi bildirilir.
Deniel Kreyqin son Bond filmi “Ölmək vaxtı deyil”in üzərindən 5 il keçib. 2022-ci ildə Amazon MGM-i satın aldı, 2025-ci ildə isə Eon Productions kreativ nəzarəti Amazon-a ötürdü.
Yeni filmin rejissoru Deni Vilnöv, ssenaristi Stiven Naytdır. Namizədlər arasında Tom Holland, Harris Dikinson, Ceykob Elordi var. Kallum Törner rolu təsdiqlədiyini desə də, studiya rəsmi açıqlama verməyib.










