Kann Kinofestivalında gecənin əsas ulduzu məşhur Hollivud aktyoru Con Travolta oldu. Ona xüsusi fəxri "Qızıl palma budağı" mükafatı təqdim olundu.
Festivalın təşkilat komitəsi rəsmi açıqlama yayıb: "Bu axşam fəxri Qızıl palma budağına layiq görülən Con Travolta adını tarixə bir daha qızıl hərflərlə yazdırdı".
Hollivud ulduzu Kann festivalına "Pər: Təktərəfli gecə uçuşu" adlı ilk rejissorluq işinin təqdimatı üçün gəlib.
Qeyd edək ki, 79-cu Kann Kinofestivalı mayın 12-də açılıb və 23-dək davam edəcək. Əsas mükafat uğrunda 20-dən çox film yarışır.









