ABŞ Maliyyə Nazirliyi məşhur rusiyalı müğənni Filipp Kirkorovun Mayami-Biçdəki malikanəsində yoxlama aparıb.
Oxu.Az-ın məlumatına görə, "Baza" Telegram kanalı bu barədə xəbər yayıb. İndi Kirkorov ABŞ büdcəsinə təxminən 80 000 dollar vergi ödəyəcək.
Mayami-Biçin ən bahalı rayonlarından biri olan La Qors Drayvdakı malikanə 2011-ci ildən Kirkorova məxsusdur. Təxminən 1 380 kvadratmetrlik ərazidə əsas ev, qonaq evi, hovuz, qaraj, terraslar və SPA var.
2025-ci ildə heç bir təmir olmadan bəzi tikililərin sahəsi azalıb. Məsələn, əsas evin birinci mərtəbəsi 12 kvadratmetr, SPA isə 7.5-dən 2.8 kvadratmetrə düşüb.
Sahə dəyişiklikləri vergi qiymətləndiricilərinin yenidən hesablamaları nəticəsində baş verib. Mayamidə bu adi haldır. Nəticədə, malikanənin dəyəri 6.4 milyon dollardan 6.07 milyon dollara düşüb.
Lakin əmlak vergisi yenə də artıb. 2024-cü ildə Kirkorov 74 500 dollar, 2025-ci ildə isə təxminən 77 000 dollar ödəyib.











