"Ulduz Müharibələri" trilogiyasının montajçısı, rejissor Corc Lukasın keçmiş həyat yoldaşı Marsiya Lukas 80 yaşında dünyasını dəyişdi.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
"Marsiya əsl güc, kinoda qadınlar üçün həqiqi öncül və kinematoqrafiya tarixində ən nüfuzlu montajçılardan biri idi. O, kino montajının nə ola biləcəyini yenidən dərk etməyə kömək etdi", - deyə açıqlamada qeyd olunub.
Marsiya Lukas 1977-ci ildə "Ulduz Müharibələri: Epizod IV - Yeni Ümid" filminə görə "Ən yaxşı montaj" nominasiyasında "Oskar" qazanıb.
O, həmçinin Martin Skorsezenin "Nyu-York, Nyu-York" və "Taksist" filmlərində montaj edib, BAFTA mükafatına namizəd olub. Karyerasını ailəsi üçün tərk etsə də, "İndiana Cons" filminin montajında məsləhətlər verib.












