2000-ci illərin əvvəllərində "Qremmi"yə namizəd olan repçi Mystikal (Maykl Lourens Tayler) 2022-ci ildə Luizianadakı evində bir qadına təcavüz etdiyinə görə 20 il həbs cəzasına məhkum edilib.
Mart ayında o, üçüncü dərəcəli təcavüz ittihamını qəbul edib. Təqsirini etiraf etmə sazişi ilə birinci dərəcəli ittiham geri götürülüb.
Hökmdən əvvəl Mystikal hakimdən etirafını ləğv etməyi istəsə də, rədd cavabı alıb. Zərərçəkmiş qadın maksimum cəza tələb edib.












