"Time" jurnalı 2026-cı il üçün dünyanın ən nüfuzlu 100 xeyriyyəçisini açıqlayıb. Siyahıya Lionel Messi, Rihanna, Şakira, İdris Elba və Stiven Spilberq daxildir.
İdris Elba və həyat yoldaşı Sabrina "Liderlər" bölməsində yer alıb. Onlar "Elba Hope Foundation" vasitəsilə daha parlaq gələcək üçün çalışırlar.
Messi "Öncüllər" kateqoriyasında yeni irs yaratdığına görə, Rihanna isə təbii fəlakət bölgələrinə maliyyə dəstəyi verdiyinə görə seçilib. Stiven Spilberq və həyat yoldaşı Kate də bu siyahıdadır.
Kolumbiyada məktəb tikintisinə dəstək verən Şakira "İnnovatorlar" sırasına daxil edilib. İlin "Titanları" Maykl Dell və Syuzan Dell olub. Onlar ABŞ-də 25 milyon gələcək sərmayəçini dəstəkləmək üçün 6.25 milyard dollar bağışlayacaq.






